Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 22:10
Macarıstan Baş naziri Viktor Orban Avropanın birliyini pozan və Rusiyanın maraqlarını qoruyan "Troya atı"dır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Çexiyanın Avropa işləri naziri Martin Dvorjak deyib.
"Bu gün Orban intensiv və təəssüf ki, getdikcə daha effektiv şəkildə bu birliyi məhv edən və Ukraynaya məhəl qoymamalı olduğumuzu göstərməyə çalışan "Troya atı"dır", - Dvorjak bildirib.
Onun sözlərinə görə, Orban veto hüququndan sui-istifadə etməklə Avropanı şantaj edir:
"Məncə, bunun əsl adı şantajdır. Düşünürəm ki, bu, Macarıstanın deyil, Rusiyanın maraqlarını qorumaq üçün vetodan sui-istifadədir".