Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 08:48
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəkdə İspaniya millisinə rəhbərlik etməyi planlaşdırıb-planlaşdırmadığı haqda suala cavab verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Fabritsio Romano yazıb.
"İspaniya millisində işləyərəm? Hazırda "Mançester Siti"də xoşbəxtəm. Çox, çox xoşbəxtəm.
İngiltərə komandası ilə müqaviləmin bitməsinə hələ bir il var. Ümid edirəm ki, məni işdən çıxarmazlar və burada qalaram.
Hər halda, hazırda mən "Siti"ni idarə edirəm və başqa heç nə yoxdur", - Qvardiola deyib.
Qvardiola 7 ildir (2016-cı ildən) "Mançester Siti"yə rəhbərlik edir. O, ingilis komandasında Çempionlar Liqası da daxil olmaqla 15 kubok qazanıb. İspaniya millisinə hazırda 62 yaşlı mütəxəssis Luis de la Fuente rəhbərlik edir.