Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Prezidenti: İmarət” stadionunun yenidən inşasına başlanılacaq

Azərbaycan Prezidenti: İmarət” stadionunun yenidən inşasına başlanılacaq

Tarix: 21 Dekabr 2023 14:18

Bütün başqa şəhərlər kimi bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşasına başlanılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

"Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir. Bugünkü oyunda "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Prezidenti İmarət stadionunun yenidən inşasına başlanılacaq


RƏYLƏR