Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarədə öldü, aeroportda dirildi

Təyyarədə öldü, aeroportda dirildi

Tarix: 22 Dekabr 2023 16:46

Yekaterinburq-Blaqoveşensk reysi ilə uçan təyyarə sərnişinin ölümünə görə təcili Surqutda eniş edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Ural Hava Yollarına məxsus təyyarə ötən gecə Uzaq Şərqə uçub. Sərnişinlərdən əlilliyi olan birinin qəfil təzyiqi yüksəlib və o, özündən gedib. Onun öldüyünü düşünən ekipaj təcili olaraq ən yaxın hava limanına enmək qərarına gəlib.

Surquta yaxınlaşarkən xəstəni reanimasiya etməyə çalışan həkimlərdən biri onun öldüyünü elan etsə də, müdaxiləni davam etdirib.

Təyyarə Surquta enəndə onu həkimlər qarşılayıb. Öldüyü elan edilən adam birdən özünə gəlib. 41 yaşlı Blaqoveşensk sakini Roman B. xəstəxanaya çatdırılıb və təyyarə Blaqoveşensk istiqamətində yoluna davam edib.

Milli.Az


Etiketlər:  Təyyarədə öldü aeroportda dirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ