Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”

“Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər”

Tarix: 25 Dekabr 2023 06:10

"Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatının silahlı tərəfdarlarının fəallaşdığı Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb ola bilər".

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto bəyan edib.

"Mən həyəcan təbili çaldım və iki həftə əvvəl narahatlığımı bildirdim və təəssüf ki, bunlar düz çıxdı. Çünki gəmilər artıq Qırmızı dənizdən keçmir, ona görə də Afrikanı dolanmaq məcburiyyətində olduqları üçün xərclər artır. Ona görə də biz hərəkətə keçməliyik, çünki başqa bir iqtisadi böhrana dözə bilmərik ", - deyə o qeyd edib.

Nazir İtaliyanın ABŞ-nin Qırmızı dənizdə üzən gəmiləri Yəməndəki husi qiyamçıların hücumlarından qorumaq üçün təşkil etdiyi koalisiyaya qoşulmadığını bəyan edib:

"Çoxları bizim Amerika əməliyyatında iştirak etdiyimizi iddia edir. Yeni əməliyyatda iştirak etmək üçün parlamentin icazəsi lazımdır. Odur ki, çoxları yalan danışırlar".


Etiketlər:  Qırmızı dənizdəki vəziyyət iqtisadi böhrana səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ