Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçayda Nar festivalı keçirilir

Göyçayda Nar festivalı keçirilir

Tarix: 9 Noyabr 2019 11:45

Bakı. Trend:

Göyçayda XIV Nar festivalı keçirilir.

Trend-in məlumatına görə, tədbirdə Göyçaydan, qonşu rayondan və paytaxtdan çox sayda qonaqlar, ictimaiyyət nümayəndələri, sənət adamları, eləcə də ölkəmizdəki xarici səfirliklərin nümayəndələri iştirak edəcək.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək.

Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq. Habelə, festivalda narın satışı da təşkil ediləcək.


Etiketlər:  Göyçayda Nar festivalı keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ