Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sürücülərə daha bir TƏHLÜKƏ... - Elektroskuter - VİDEO

Sürücülərə daha bir TƏHLÜKƏ... - Elektroskuter - VİDEO

Tarix: 28 Dekabr 2023 13:50

Əks istiqamətdə hərəkət edən elektroskuter sürücüsü ağır qəzaya uğrayıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, görüntüləri Nəqliyyatı İntellektual İdaretmə Mərkəzi yayıb. İşıqforun tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub. Hadisə Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib.

Bəzi avtomobil sürücüləri bildirir ki, yollarda təkcə elektroskuter yox, elə moped və motosiklet sürücüləri də təhlükə yaradır.

Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov deyir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı xüsusi ilə ağır qəzalara səbəb olur.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, elektroskuter idarə edən şəxslər avtomobil və piyadaların hərəkətinə maneə yaratmamalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Sürücülərə daha TƏHLÜKƏ Elektroskuter VİDEO


RƏYLƏR