Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telefon istifadəçilərinin şəxsi məlumatları TƏHLÜKƏDƏ – NƏ ETMƏLİ? - VİDEO

Telefon istifadəçilərinin şəxsi məlumatları TƏHLÜKƏDƏ – NƏ ETMƏLİ? - VİDEO

Tarix: 28 Dekabr 2023 14:16

Smartfonlarda istifadəçilərin pin kodlarını oğurlayan virus yayılıb.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, PIN kodları və digər şifrələri oğurlamaq üçün barmaq izi və ya üz tanıma funksiyasından istifadə edərək "Android" əməliyyat sistemi ilə işləyən smartfonlarda əsas ekranın kilidinin açılmasının qarşısını alan yeni növ "Chameleon" zərərli proqram təminatı yayılır.

Mütəxəssislər bildirib ki, virus telefonda uzun müddət qeyri aktiv qalır. Unudulduqdan sonra isə öz işinə başlayır.

İKT  üzrə ekspert Fərhad Mirəliyev bildirib ki, virusun əsas hədəfi istifadəçinin elektron pul hesablarıdır.

Fərhad Mirəliyev bildirib ki, virusdan qorunmağın əsas yolu google təhlükəsizlik sistemini hər zaman aktiv saxlamaq və kənar qaynaqlardan "apk" faylları yükləməməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Telefon istifadəçilərinin şəxsi məlumatları TƏHLÜKƏDƏ ETMƏLİ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ