Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Piterdə atəşfəşanlıq ləğv olundu

Piterdə atəşfəşanlıq ləğv olundu

Tarix: 28 Dekabr 2023 22:24

Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il atəşfəşanlığı olmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə şəhərin mədəniyyət komitəsi məlumat yayıb.

Eyni zamanda, bildirilib ki, şəhərin mərkəzində bayram tədbirlərinin geniş miqyasda keçirilməsi nəzərdə tutulub.

Belə ki, Saray meydanında konsertin baş tutacağı və burada gecə yarısı qubernator Aleksandr Beqlov və prezident Vladimir Putinin videoformatda Sankt-Peterburq sakinlərini təbrik edəcəyi bildirilir.

Qeyd edək ki, bundan öncə paytaxt Moskvada atəşfəşanlığın ləğv edildiyi açıqlanmışdı.

Milli.Az


Etiketlər:  Piterdə atəşfəşanlıq ləğv olundu


RƏYLƏR