Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kuralla Cemcir danışmır - ''Bir də görüşməyəcəyik''

Kuralla Cemcir danışmır - ''Bir də görüşməyəcəyik''

Tarix: 29 Dekabr 2023 00:20

Türkiyəli aktyorlar Ahmet Kuralla Murat Cemcir küsülüdür.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, yaxın dost olan və birlikdə yer aldıqları layihələrlə tanınan aktyorların bir-birindən inciməsinə səbəb Cemcirin Kuralın toyuna qatılmaması olub.

Məsələ ilə bağlı açıqlama verən Kural bu fikirləri söyləyib:    

"Uzun müddətdir ki, küsmüşük. Səbəbinin bizdə qalmasını istəyirik. Birlikdə böyük uğurlara imza atmışıq. Onun məndə, mənim isə onda əməyimiz çoxdur. Hazırda inciklik dövrünü yaşayırıq. Dostlar arasında belə şeylər olur. Vəziyyətimizə kədərlənirəm. Bu yola bir çıxmışıq. Bir anda küsüb getmək mümükün deyil. Təəssüf ki, bir-birimizə küsmüşük. Bir gün barışıb danışarıq. Biz düşmən olacaq adamlar deyilik".

Cemcir isə onun sözlərinə bu cür reaksiya verib:

"2020-ci ildə Ahmetlə sonuncu layihəni etdik, yaxın gələcəkdə nəsə edəcəyimizi düşünmürəm. Allah hər kəsin yolunu açıq etsin. Aramızda heç bir maddi söz-söhbət yoxdur. Aramızdakı küskünlük deyil, cansıxıcılıqdır. Ahmetlə görüşmürük və görüşməyəcəyik də".

Qeyd edək ki, Kural bu ilin iyulunda evlənib.

Kural və Cemcir "Düğün dernek", "Kardeş payı", "Çalğı çengi" kimi bir çox layihədə birgə rol alaıblar.


Etiketlər:  Kuralla Cemcir danışmır görüşməyəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ