Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 13:15
"Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun yaradılması haqqında" sərəncamda dəyişikliklər edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.
Sənədə əsasən, "Azərbaycan Respublikası daxili işlər nazirinin müavini" abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:
"Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini".
"Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini" abzası redaktə olunaraq, "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini" şəklində verilib.