Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2023 18:04
İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı çıxarılan ölüm hökmünü icra edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatında deyilir.
"Sionist rejimlə əlaqəsi olan (İsrail nəzərdə tutulur - red.) təxribat qrupunun dörd üzvü İsrail kəşfiyyat xidməti MOSSAD zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyinə xələl gətirməyə cəhd etmişdilər, bu gün səhər saatlarında onlar edam ediliblər", - bəyanatda deyilir.
Qeyd edək ki, oktyabrın 24-də İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Atabati İran kəşfiyyatçılarının 10 nəfərdən ibarət qrupu saxladığını bildirib. Onların İsrailə çalışdığı və MOSSAD zabitləri ilə birbaşa video-əlaqə saxladıqları iddia edilir.