Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Tarix: 30 Dekabr 2023 00:55

Dünyanın pop kralı Maykl Ceksonun qardaşı, "The Jackson 5" qrupunun üzvü Cermeyn Cekson təcavüzdə ittiham olunub.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Rita Barret adlı qadın 1988-ci ildə sənətçinin onun evinə soxulduğunu və ona qarşı zor tətbiq edərək cinsi təcavüz etdiyini bildirib.

Barret əlavə edib ki, hadisəni əri ilə mehriban münasibətdə olan və Ceksonlarla əməkdaşlıq edən "Motown Records" leyblinin qurucusu Berri Qordiyə danışıb. Qordi iddia edilən qurbanı müdafiə etməyib və işi ört-basdır etmək üçün əlindən gələni edib. Leyblin yaradıcısı bunun üçün Ceksonlardan çoxlu pul alıb.

Milli.Az


Etiketlər:  Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ