Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

12 yaşında nişanlanan qız danışdı - ''Xəbərim yox idi...'' - VİDEO

12 yaşında nişanlanan qız danışdı - ''Xəbərim yox idi...'' - VİDEO

Tarix: 30 Dekabr 2023 10:00

Gəlinciklə oynayan yaşda gəlin kimi qurban edilir 12 yaşlı qızcığaz. Özü də valideynləri tərəfindən. Nişanlandığı oğlanın isə nə az nə çox 32 yaşı var.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu "xeyir iş" Sabirabad rayonunda baş verib.

Zorla nişanlandırılan 7-ci sinif şagirdi Lalə Azərtaşa müsahibəsində öz razılığı ilə nişanlandığını desə də, dərindən ah çəkməsindən hər şeyi bəlli edir.

Taleyi valideynlərinin 2 dodağı arasında olan balaca qız başqa hansı sözləri deyə bilərdi ki? Qızın valideynlərinin "12 yaşlı qızı 32 yaşlı kişiyə necə verə bildin?" sualına cavabları isə özünəməxsus oldu.

Məsələ Xəzər TV-nin efirində işıqlandırılandan sonra rəsmi  qurumlar hərəkətə keçdi. Elə Sabirabad Rayon İcra Hakimiyyəti də məsələni bizdən öyrəndi və nəzarətə götürdüyünü açıqladı. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə bütün tədbirlər icra olundu.

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da ailəyə baş çəkdi.

Mil-Muğan Regional Təhsil İdarəsindən isə bildirilib ki, 12 yaşında nişanlandırılan şagirdin dərsə davamiyyətində problem yoxdur.

Qeyd edək ki, qanunla nigah yaşı 18 yaş olaraq müəyyən edilib, amma nişanlanmaq üçün yaş həddi müəyyən olunmayıb. Qanunda olan bu boşluq səbəbindən valideynlər övladlarını erkən yaşda toy etməsələr də nişanlaya bilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  yaşında nişanlanan qız danışdı Xəbərim VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ