Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada ağlını itirmiş sürücü parkinqdə DƏHŞƏT SAÇDI

Moskvada ağlını itirmiş sürücü parkinqdə DƏHŞƏT SAÇDI

Tarix: 30 Dekabr 2023 16:06

Rusiya paytaxtı Moskvanın şərqində qəribə avtomobil qəzası baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhərin Novoqireyevo rayonunda yaşayış binalarından birinin həyətində ağ rəngli "Mitsubishi Pajero Sport" maşınının sürücüsü 10-dan çox avtomobili vurub.

Maşınını olduqca qəribə şəkildə həyətdən çıxarmağa çalışan sürücü ətrafda park edilmiş avtomobillərin üzərinə sürüb və 10-dan çox avtomobili əzib. Aydındır ki, sürücü adekvat vəziyyətdə olmayıb.

Maşınları "darmadağın etdikdən" sonra cip sürücüsü hadisə yerindən qaçıb, zədələnmiş avtomobillərin sahibləri isə polis çağırıblar.

Hazırda sürücü axtarılır. Ev sakinlərinin dediyinə görə, kütləvi qəzanı törədən şəxs onların qonşularıdır.

Milli.Az


Etiketlər:  Moskvada ağlını itirmiş sürücü parkinqdə DƏHŞƏT SAÇDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ