Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 19:06
30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçının Xankəndi şəhərində keçirilməsi idman tariximiz üçün şərəfli səhifədir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov dekabrın yekunlarına həsr olunmuş yazısında bildirib.
Nazir dekabrın 21-də Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan "Qarabağ"-MOİK görüşünü ilin hadisəsi adlandırıb:
"Şübhəsiz, təkcə dekabrın deyil, ilin ən sevincli idman hadisəsi Xankəndidə yaşandı. Oyunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın stadionda şəhid övladları ilə birgə izləməsi qürurverici idi".