Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alleqri qeyri-adi rekorda imza atdı

Alleqri qeyri-adi rekorda imza atdı

Tarix: 2 Yanvar 2024 16:48

İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri qeyri-adi rekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis komandasının A Seriyasının XVIII turunda "Roma"nı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə buna nail olub.

Belə ki, Alleqri baş məşqçi kimi çalışdırdığı komandanın 76-cı dəfə İtaliya çempionatında 1:0 hesablı qalibiyyətinə sevinib. O, daha əvvəl "Kalyari" (2008-2010) və "Milan"da (2010-2014) fəaliyyət göstərib.

Qeyd edək ki, "Yuventus" ardıcıl 13 oyundur uduzmur. Turin təmsilçisi hazırda 43 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

Milli.Az


Etiketlər:  Alleqri qeyri adi rekorda imza atdı


RƏYLƏR