Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə etdi

Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə etdi

Tarix: 2 Yanvar 2024 22:26

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.

Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Eyni zamanda, Ukrayna lideri britaniyalı siyasətçini Rusiyanın Ukraynaya son kütləvi hücumu haqqında da bilgiləndirib.

Milli.Az


Etiketlər:  Zelenski Sunakla gücləndirilməsini müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ