Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın bu gün Ukraynaya atdığı raketlərin qiyməti...

Rusiyanın bu gün Ukraynaya atdığı raketlərin qiyməti...

Tarix: 3 Yanvar 2024 00:16

Yanvarın 2-də Rusiya Ukraynaya kütləvi raket hücumu üçün təxminən 620 milyon dollar xərcləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" hesablama aparıb.

İlkin məlumatlara görə, yanvarın 2-nə keçən gecə və səhər saatlarında düşmən Ukraynaya 99 hava hücumu silahından - müxtəlif tipli raketlərdən və hücum PUA-larından istifadə edib.

Bu raketlərin dəyəri isə belədir: X-101 raketinin dəyəri - 13 milyon dollar, "Kalibr" - 6,5 milyon dollar, "İsgəndər" - 3 milyon dollar, "Oniks" - 1,25 milyon dollar, X-22 - 1 milyon dollar, Toçka-U - 0,3 milyon dollar, -55 - 2 milyon dollar, X-555 - 4 milyon dollar, X-47 "Xəncər" - 15 milyon dollar, Şahid-136 - 50 min dollar.

Milli.Az


Etiketlər:  Rusiyanın gün Ukraynaya atdığı raketlərin qiyməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ