Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2024 19:56
ABŞ Maliyyə Nazirliyinin statistikasına görə, dövlət borcunun həcmi ilk dəfə olaraq 34 trilyon dollar həddini keçib.
Sonxeber.net fins.az-a istinadən xəbər verir ki, statistika 1993-cü ildən başlayaraq məlumatları əks etdirir.
Hazırda ölkənin ümumi ödənilməmiş dövlət borcu 34 trilyon 1 milyard 493 milyon ABŞ dollarıdır.
Milli borcun əvvəlki rekord səviyyəsi - 33 trilyon dollar sentyabrın ortalarında qeydə alınıb.