Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada 1983-cü ilin rekordu təkrarlanacaq

Almaniyada 1983-cü ilin rekordu təkrarlanacaq

Tarix: 4 Yanvar 2024 10:36

Almaniya hökümətinin aqrar sektoru hədəf alan qanun layihələrini ard-arda qəbulu bu sahədə çalışan insanları küçələrə töküb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərinin növbəti kütləvi etiraz aksiyası yanvarın 8-də paytaxt Berlində keçiriləcək. Etiraz aksiyasına bütün əyalətlərdən olan fermerlərin qoşulması gözlənilir.

Aqrar sektorda çalışanlar öz texnikaları ilə Brandenburq qapısına qədər yürüş planlaşdırıblar. Əyalətlərdə kütləvi etiraz aksiyasına ciddi hazırlıqlar gedir. Artıq Almaniya şəhərlərində "Böyük xalq birliyi", "Vətəndaş müharibəsi", "Haqqınızı tələb edin" kimi şüarlar yazılan lövhələr quraşdırılıb. Yollarda şəhərlərin adı yazılan lövhələrə etiraz əlaməti olaraq bir cüt çəkmə asılıb.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə qeyd olunur ki, aqrar sektor çalışanlarının ağır texnikaları ilə avtoban və şəhər yollarından istifadə edərək paytaxt Berlinə doğru irəliləmələrinin qarşısı alınacaq.

Fermerlərin hüquqlarını müdafiə edən təşkilatlar isə indidən Berlinə doğru planlaşdırdıqları yürüş mitinqinə hazırlıq görürlər. Traktorçular şəhərlərdə əvvəlcədən müəyyən olunmuş yerlərə toplanır, Berlin yürüşü haqqında müzakirələr aparırlar. Bu zaman polislə qarşıdurmalar yaşanır.

Almaniyada aqrar sektor çalışanlarının əsas tələbləri yanacağın qiymətinin azaldılması, gübrə üçün verilən datasiyanın artırılması, karbondioksid vergisinin azaldılmazı, subsidiyaların artırılmasıdır.

Xatırladaq ki, Almaniya tarixinin ən böyük etiraz aksiyası 22 oktyabr 1983-cü ildə keçirilib. Bon şəhərində NATO əleyhinə keçirilən nümayişdə 500 minə qədər insan iştirak edib. Həmin gün Hamburq şəhərində Bonndakı nümayişə dəstək vermək məqsədilə 400 min insan küçə və meydanlara toplaşıb.


Etiketlər:  Almaniyada 1983 ilin rekordu təkrarlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ