Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərəblər verdiyi pulları geri istəyir: TFF-ni məhkəməyə verəcəklər

Ərəblər verdiyi pulları geri istəyir: TFF-ni məhkəməyə verəcəklər

Tarix: 5 Yanvar 2024 08:18

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması planlaşdırılan, lakin protokolda qeyd olunmayan "Atatürk" yazılı köynəklərə və pankartlara görə təxirə salınan Superkubok finalı ətrafında qalmaqal böyüyür.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, ərəblər məsələ ilə bağlı Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək.

Belə ki, təşkilatçı şirkət olan "Riyad Season", TFF "Qalatasaray" və "Fənərbaxça"ya verdiyi pulları, həmçinin dəymiş ziyanla əlaqədar təzminat tələb edir.

Təşkilatçı şirkət təxirə salınan oyunla bağlı verdiyi açıqlamada "Fənərbaxça" və "Qalatasaray" komandalarını günahlandırıb.

"Təəssüf ki, razılaşmaya baxmayaraq, hər iki komanda müqaviləyə əməl etməyib", - deyə məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Ərəblər verdiyi pulları geri istəyir TFF ni məhkəməyə verəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ