Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2024 06:48
Ümumavropa büdcəsindən Ukraynaya vəsaitin ayrılması ilə bağlı danışıqlar nəticəsiz qalacağı təqdirdə alternativ variantlar hazırlanacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
"Əlbəttə, ən yaxşı həll yolu bütün 27 ölkənin konsensusa gəlməsi olardı. Amma biz başqa variantları hazırlamalıyıq. Biz indi operativ qərarlar hazırlayırıq", - Leyen qeyd edib.
Onun sözlərinə görə, ötən ilin sonunda köçürülən vəsait Ukraynanın 2024-cü ilin əvvəlində xərclərini ödəməsi üçün kifayət etməlidir.