Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alimlər 17 minə yaxın COVID xəstəsinin ölümünə səbəb olan həkim səhvini tapdılar

Alimlər 17 minə yaxın COVID xəstəsinin ölümünə səbəb olan həkim səhvini tapdılar

Tarix: 6 Yanvar 2024 07:15

Koronavirus pandemiyasının ilk dalğası zamanı malyariya əleyhinə preparat olan "Hidroksixloroxin" dərmanının qəbulu səbəbindən Belçika, İspaniya, Fransa, İtaliya, ABŞ və Türkiyədə 16,9 minə yaxın xəstə ölmüş ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu qənaətə fransız alimləri gəliblər və bununla bağlı araşdırmanın nəticələri "Biomedicine & Pharmacotherapy" jurnalında dərc olunub.

"Bu dərmanların qəbulunun effektivliyinə dair sübutların aşağı səviyyədə olmasına baxmayaraq, COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələrə "Hidroksixloroxin" təyin edilib. Xəstəxanaya yerləşdirilən xəstələrdən "Hidroksixloroxin" qəbul edərək ölənlərin sayı 16,9 min nəfər olaraq qiymətləndirilib", - deyə materialda bildirilib.

Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, bu dərmandan ölənlərin sayı daha çox ola bilər, belə ki, tədqiqat 2020-ci ilin mart-iyul aylarını əhatə edir.

Alimlər həmçinin ona diqqəti yönəldiblər ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin iyun ayında "Hidroksixloroxin"in koronavirus xəstələrinin müalicəsi üçün sınaqdan keçirilməsini dayandırıb, çünki xəstələrdə ürək problemləri kimi yan təsirlər aşkar edilib.

Milli.Az


Etiketlər:  Alimlər 17 minə yaxın COVID xəstəsinin ölümünə səbəb olan həkim səhvini tapdılar


RƏYLƏR