Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada 120 saatdan çox dağıntılar altında qalmış şəxs aşkar edildi

Yaponiyada 120 saatdan çox dağıntılar altında qalmış şəxs aşkar edildi

Tarix: 6 Yanvar 2024 19:54

Yaponiya xilasediciləri bir sıra güclü zəlzələlər nəticəsində dağılmış evin dağıntıları altında sağ adam aşkar edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hazırda Fövqəladə Hallar Xidməti və polis onun xilas edilməsi üçün çalışır. Həmin şəxsin yaşı və cinsi göstərilməsə də, xilasedicilər onun nəbzinin olduğunu təsdiqləyib.

Bu, yanvarın 4-dən bəri Yaponiya Fövqəladə Hallar Xidmətinin əməkdaşlarının dağıntılar altından sağ çıxara bildiyi ilk insandır. İki gün əvvəl yaşlı qadın öz evinin dağıntıları altında 72 saatdan çox vaxt keçirdikdən sonra xilas edilmişdi.

Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada zəlzələ nəticəsində 126 nəfər ölüb.

Milli.Az


Etiketlər:  Yaponiyada 120 saatdan çox dağıntılar altında qalmış şəxs aşkar edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ