Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ziyafətə çılpaq gedən reper YENİDƏN SAXLANILDI

Ziyafətə çılpaq gedən reper YENİDƏN SAXLANILDI

Tarix: 6 Yanvar 2024 21:15

Aparıcı və bloger Anastasiya İvleyevanın qalmaqallı gecəsinə çılpaq gələn rusiyalı rep ifaçısı Vasio (əsl adı Nikolay Vasilyev) yenidən saxlanılıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, Moskvanın Lefortovo Məhkəməsi xırda xuliqanlıq cinayəti törədən şəxsə qarşı polis əməkdaşına müqavimət göstərməklə bağlı protokol tərtib edib.

Qeyd olunur ki, 15 günlük həbsdən sonra azadlığa çıxan Vasionu yenidən inzibati həbs və cərimə şəklində cəza gözləyir.

Daha əvvəl bildirilmişdi ki, reper qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyi üçün cərimədən şikayət edib.

Dekabrın 20-də Moskvanın "Mutabor" klubunda İvleevanın təşkil etdiyi "Demək olar ki, çılpaq" adlı əyləncə gecəsi keçirilib. Tədbirin dəqiq geyim kodu məlum deyil, lakin bütün qonaqlar şənliyə bədəni qoruyan geyimlərdə gəliblər. Reper Vacio məclisə tamamilə çılpaq çıxıb.

Milli.Az


Etiketlər:  Ziyafətə çılpaq gedən reper YENİDƏN SAXLANILDI


RƏYLƏR