Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

90 yaşlı qadın zəlzələdən 6 gün sonra xilas edildi

90 yaşlı qadın zəlzələdən 6 gün sonra xilas edildi

Tarix: 7 Yanvar 2024 21:34

Yaponiyada 90 yaşlı qadın ölkədə baş verən güclü zəlzələdən 6 gün sonra dağıntılar altından xilas edilib. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "NHK" yayıb. 

Məlumata görə, qadın zəlzələ nəticəsində İsikavada yerləşən evinin dağıntıları altında qalıbmış. Xəstəxanaya çatdırılan qadının vəziyyətinin yaxşı olduğu, lakin ayağından travma aldığı vurğulanıb. 

Yaşlı qadının xilas edilməsi üzrə aparılan əməliyyat bir neçə saat davam edib. 

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da baş verib. Zəlzələlərin bu günə qədər davam etdiyi bildirilir. Ən son məlumata görə, təbii fəlakət nəticəsində 128 nəfər həlak olub.

Milli.Az


Etiketlər:  90 yaşlı qadın zəlzələdən 6 gün sonra xilas edildi


RƏYLƏR