Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ostinin xəstəliyi məlum oldu: xərçəng imiş

Ostinin xəstəliyi məlum oldu: xərçəng imiş

Tarix: 10 Yanvar 2024 07:16

2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular, o, əməliyyat olundu, yanvarın əvvəlində Pentaqonun rəhbəri ağırlaşmalara görə xəstəxanaya yerləşdirildi.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Merilənd ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında deyilib.

Bildirilib ki, 2023-cü ilin dekabr ayının əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə "müalicə tələb edən prostat xərçəngi" diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, "minimal invaziv" cərrahi əməliyyatı keçirib.

2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də keçirilən prosedurdan yaranan fəsadlar səbəbindən Valter Rid Tibb Mərkəzinə aparılıb. İlkin müayinə zamanı sidik yollarının infeksiyası aşkar edilib.

Mütəxəssislər Ostinin tam sağalmasını gözlədiklərini, lakin bunun uzun proses olduğunu qeyd ediblər.


Etiketlər:  Ostinin xəstəliyi məlum oldu xərçəng imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ