Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 21:12
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi "sülh formulu" üzrə 4-cü görüşdə iştirak etmək üçün İsveçrəyə yollanacaq.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, sözügedən görüş yanvarın 14-ü Davosda keçiriləcək.
Məlumata görə, Qriqoryan sözügedən formatın ötən ilin dekabrında Maltada keçirilən görüşündə də iştirak edib.
Xatırladaq ki, Zelenski tərəfindən 2023-cü ilin əvvəlində təklif edilən "sülh formulu" Rusiya qoşunlarının xüsusi hərbi əməliyyat zonasından çıxarılmasını, 1991-ci ildəki sərhədlərə qayıtmağı, təzminatların ödənilməsini, eləcə də nüvə, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsini nəzərdə tutur. Kreml isə 10 bənddən ibarət olan bu sənədin reallıqdan uzaq olduğunu və Zelenski tərəfindən yeni reallıqlar nəzərə alınmadan tərtib edildiyini hesab edir.