Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 07:30
Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ənsar Allah" üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi "Al Masirah" telekanalında çıxışı zamanı bildirib.
"Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir", - deyə o qeyd edib.
O, həmçinin "Ənsar Allah" tərəfdarlarını çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb.