Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib

Tarix: 13 Yanvar 2024 07:40

ABŞ və Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Yəməndəki husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları dayandırmayacaqları təqdirdə Birləşmiş Ştatların onlara zərbələr endirməyə davam edəcəyini bildirib. "Husilər yaramaz davranışlarını davam etdirsələr, onlara mütləq cavab verəcəyik", - ABŞ rəhbəri deyib.

Bayden jurnalistlərlə danışarkən husiləri "terrorçu qrup" adlandırıb.

Milli.Az


Etiketlər:  ABŞ Böyük Britaniya Yəmənin paytaxtına yeni hava zərbəsi endirib


RƏYLƏR