Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soyuq havaya dözümsüz meyvə ağacı qışda bar verdi - FOTO

Soyuq havaya dözümsüz meyvə ağacı qışda bar verdi - FOTO

Tarix: 13 Yanvar 2024 09:04

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonunda yalançı bahara aldanan əncir ağacı iqlim dəyişikliyinin təsiri ilə yanvar ayında bar verib.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, soyuq havaya dözümsüz olan əncir ağacı yarpaqlarını tökməsinə baxmayaraq, üzərində meyvə yetişib.  

Yanvar ayında ənciri budağından qoparıb yediklərini deyən bölgə sakinləri buna çox təəccübləndiklərini deyiblər.

"Yanvar ayında meyvə verməsi bizi təəccübləndirdi. Bu fəsildə budağından qoparıb əncir meyvəsini yeyirik. Yağışdan sonra yarpaqlarını tökməyə başlayan əncir ağacı bar verməyə davam edir", - deyə sakinlər bildiriblər.

Milli.Az


Etiketlər:  Soyuq havaya dözümsüz meyvə ağacı qışda bar verdi FOTO


RƏYLƏR