Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aparıcının adından saxta profillər açıldı: Xanımlara elə şeylər yazdılar ki... - FOTO

Tanınmış aparıcının adından saxta profillər açıldı: Xanımlara elə şeylər yazdılar ki... - FOTO

Tarix: 13 Yanvar 2024 12:42

Tanınmış jurnalist və turizm bloqeri Azər Qəribin adı ilə saxta profillər yaradılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xəbər verir ki, bununla bağlı Azər Qərib özünün "Facebook" sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, adından yaradılan saxta profillərlə əcnəbilərə, xüsusən də xanımlara mesajlar yazaraq, eşq etirafları edilib. Həmçinin həmin xanımların bir çoxunu aldadaraq, vəsaitlərini də mənimsəyiblər.

Azər Qərib dələduzların toruna düşən şəxslərin onunla əlaqə qurduğunu və məhkəməyə verməklə təhdid etdiyini də vurğulayıb. Jurnalist bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini bildirməyib.

Milli.Az


Etiketlər:  Tanınmış aparıcının adından saxta profillər açıldı Xanımlara elə şeylər yazdılar ki FOTO


RƏYLƏR