Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

COP29-la bağlı Təşkilat Komitəsi yaradıldı

COP29-la bağlı Təşkilat Komitəsi yaradıldı

Tarix: 13 Yanvar 2024 13:12

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Samir Nuriyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Təşkilat Komitəsinin üzvləri:

Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Hikmət Hacıyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası PrezidentiAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Arif Səmədov - Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Ruslan Əliyev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Anar Quliyev - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüqar Qurbanov - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi:

2.1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19 cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin;

2.2. əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.

Milli.Az


Etiketlər:  COP29 la bağlı Təşkilat Komitəsi yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ