Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üstünlük Rusiyanın tərəfindədir - Moravetski

Üstünlük Rusiyanın tərəfindədir - Moravetski

Tarix: 14 Yanvar 2024 00:36

Avropa və NATO Ukrayna münaqişəsinin inkişaf etməsindən narahatdır, çünki uzunmüddətli perspektivdə üstünlük Rusiyanın tərəfində ola bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Mateuş Moravetski deyib.

"Ukrayna bizim və bütövlükdə NATO üçün dərin narahatlıq mənbəyi olmaqda davam edir. Xüsusilə ona görə ki, vəziyyət yanlış istiqamətdə gedir. Keçən yazın sonunda ukraynalı dostlarımız və tərəfdaşlarımız tərəfindən başladılan hücum təəssüf ki, uğurlu alınmadı. Bu o deməkdir ki, beynəlxalq siyasətdə böyük resurslara və strateji üstünlüyə malik Rusiya və onun Prezidenti Vladimir Putin, həmçinin real seçkilərin keçirilməsi zərurəti ilə yüklənməyiblər. Strateji maraqlarına gəldikdə daha uzun bir perspektivə diqqət yetirə bilərlər", - nazir bildirib.


Etiketlər:  Üstünlük Rusiyanın tərəfindədir Moravetski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ