Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toyuq hinində timsah tapıldı - ev sahibləri... - FOTOlar

Toyuq hinində timsah tapıldı - ev sahibləri... - FOTOlar

Tarix: 14 Yanvar 2024 10:30

Hinlərində varanın yatdığını düşünən avstraliyalı ailə onun bir metrlik timsah olduğunu görəndə vahiməyə gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, reptiliya hinə dırmaşaraq bütün toyuqları ürküdüb.

Timsahdan qorxan ailə xilasediciləri çağırıb. Mütəxəssislər yırtıcı heyvanı xüsusi qaba yerləşdirdikdən sonra onu baytarlara göndəriblər.

Timsah baytarlar tərəfindən müayinə olunduqdan sonra vəhşi heyvanların saxlanıldığı xüsusi lisenziyalı fermaya və ya zooparka təhvil veriləcək.

"Kiminsə həyətində timsah tapmaq həqiqətən qeyri-adi bir haldır", - deyə xilasedicilər bildirib.

Qeyd olunur ki, timsahın hücumu nəticəsində heç bir toyuğa zərər dəyməyib, lakin ailə indi belə halların qarşısını almaq üçün ərazilərini diqqətlə yoxlayacaq.

Milli.Az


Etiketlər:  Toyuq hinində timsah tapıldı ev sahibləri FOTOlar


RƏYLƏR