Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 20:42
İran ərazisindən Ermənistana hərbi texnikanın daşınması 17 yanvar 2024-cü il tarixdə müşahidə olunub.
Sonxeber.net caliber-ə istinadən xəbər verir ki, saat 17:50 radələrində İran İslam Respublikasının Culfa yaşayış məntəqəsindən Nurduz keçid məntəqəsi istiqamətində 2 ədəd "HINO" markalı avtomaşının üzərində brezentlə örtülmüş texnikaların daşınması qeydə alınıb.
Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana daxil olub.
Saat 21:17-21:31 radələrində isə həmin karvan Mehridən Lehvaz Leqvaz istiqamətində yola düşüb.