Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2024 22:22
Qəzza zolağında dağılan evlərin bərpası üçün ən azı 15 milyard dollar tələb olunacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafa deyib.
Mustafanın sözlərinə görə, Qəzzada təxminən 350 min yaşayış evi tamamilə dağılıb və ya qismən zədələnib:
"Hələ infrastrukturdan, zədələnmiş xəstəxanalardan, kommunikasiyalardan danışmırıq. İsrailin Fələstin ərazisində döyüşlərə başlamasından bəri 25 minə yaxın insan həlak olub və Qəzzanın 2,3 milyon əhalisinin demək olar ki, hamısı evlərini tərk etmək məcburiyyətində qalıb".