Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç və Niderland məxfi məlumatların mühafizəsi haqqında saziş imzalayıb

İsveç və Niderland məxfi məlumatların mühafizəsi haqqında saziş imzalayıb

Tarix: 19 Yanvar 2024 00:28

İsveçin müdafiə naziri Pol Yonson və Niderlandın İsveçdəki səfiri Benqt van Loosdrext iki ölkə arasında qarşılıqlı qorunma və məxfi məlumatların mübadiləsi (GSA) haqqında saziş imzalayıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə İsveç hökumətinin ofisi məlumat yayıb.

"Saziş ölkələrin müdafiə sahəsində əməkdaşlığı gücləndirmək imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımdır və ölkələr arasında paylaşılan məxfi məlumatların qorunmasını təmin etmək məqsədi daşıyır", - press-relizdə qeyd olunub.

"Biz Niderland ilə müdafiə sahəsində əməkdaşlıqda irəliyə doğru mühüm addım atırıq", - Yonson deyib.


Etiketlər:  İsveç Niderland məxfi məlumatların mühafizəsi haqqında saziş imzalayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ