Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2024 15:52
III Çarlzın xəstəliyi xəbəri Britaniya taxtının taleyi ilə bağlı qorxuları artırıb. Xəstəxanada olan kralın vəzifələrini böyük oğlu yerinə yetirməlidir. Ancaq Kembric hersoqinyası Keyt Middlton da ağır vəziyyətdədir - o bu yaxınlarda əməliyyat olunub, təfərrüat isə ictimaiyyətə açıqlanmır. Bununla əlaqədar olaraq, şahzadə Uillyam xəstə həyat yoldaşının yanında olmaq üçün bütün rəsmi işlərini ləğv edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, taxta müvəqqəti namizəd kimi açıq şəkildə kral ailəsindən imtina edən, hazırda həyat yoldaşı Meqan Marklla biznes və yaradıcılıqla məşğul olan şahzadə Harri qalır.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. 2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik "Spare" kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib. Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin "əlahəzrət" titulunu yığışdırıb. Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır.