Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2024 09:55
Rusiyalı müğənni, yumor ustası Maksim Qalkinin konsert verməyi planlaşdırdığı Bali adasına getməsinə icazə verilməyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə jurnalist Anna Monqayt özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Qalkin "Prekrasnoye nedaleko" adlı konsert turu çərçivəsində Balidə çıxış etməli idi. Amma sənətçinin qastrol vizası və sənədləri olmasına baxmayaraq, o, İndoneziyaya buraxılmayıb. Maksim Qalkinə onun pasportunun müəyyən "qara siyahı"da olduğu barədə məlumat verilib.
"Qalkin səbəbi izah edilmədən deportasiya edilib. Mənə verilən məlumata görə, o, hazırda Denpasar hava limanında Vyanaya (Qətər Hava Yolları ilə İndoneziyaya gəldiyi yerə) təyyarə reysi gözləyir", - jurnalist qeyd edib.
Maksim Qalkinin Balidə çıxışı yanvarın 27-nə planlaşdırılırdı. Afişada göstərildiyi kimi, sənətçinin konsertinə biletin qiyməti 800 min İndoneziya rupisi (təxminən 86 manat) ilə 2,5 milyon rupi (təxminən 265 manat) arasında dəyişir.