Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2024 21:00
Ən azı 10 ölkənin yüksək vəzifəli məmurları İsraili və HƏMAS hərəkatını sülh razılaşmasına sövq etməyə çalışır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb .
Məlumata görə, əsas danışıqlar Qəzza zolağında atəşkəsin əldə olunmasına yönəlib. Bu isə HƏMAS-ın saxladığı 100-dən çox girovu İsrail həbsxanalarında olan minlərlə fələstinli ilə dəyişdirməyi tələb edir.
Rəsmilər anklavın gələcəyini və münaqişə bitdikdən sonra ərazinin idarə olunmasını da müzakirə edirlər. Vaşinqton və Ər-Riyad rəsmiləri də Səudiyyə Ərəbistanı ilə rəsmi əlaqələr qurmaq müqabilində İsrailin Fələstin dövlətinin yaradılmasına razılıq verməsinə nail olmaq istəyir.