Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarixinin bombardiri olan futbolçu faciəvi şəkildə öldü

Tarixinin bombardiri olan futbolçu faciəvi şəkildə öldü

Tarix: 30 Yanvar 2024 07:42

Panama milli komandasının tarixinin bombardiri Luis Texada 41 yaşında dünyasını dəyişib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu veteranların oyunu zamanı infarkt keçirib.

2023-cü il yanvarın əvvəlində Texada peşəkar karyerasını bitirmək qərarına gəlib. Onun son klubu "Potros del Este" olub. O, əvvəllər "Toluka", "Əl-Əyn", "Amerika Kali", "Universitario", "Tauro", "Sport Boys" və "Pirata" kimi komandalarda da oynayıb.

O, Panama millisinin heyətində 108 oyun keçirib və 43 qol vuraraq millinin tarixinin bombardiri olub.

Karyerasını başa vuran panamalı futboldan əl çəkməyib. O, daimi olaraq veteranların oyunlarında iştirak edib. Sonuncu matç onun üçün faciəli başa çatıb. Yerli KİV-in məlumatına görə, o, San Miqelitoda keçirilən matçda keçirdiyi infarkt nəticəsində huşunu itirib. Həkimlərin müdaxiləsinə baxmayaraq Texadanı xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Tarixinin bombardiri olan futbolçu faciəvi şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ