Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ın baş məşqçisi rekorda imza atdı

''Qalatasaray''ın baş məşqçisi rekorda imza atdı

Tarix: 30 Yanvar 2024 14:24

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Superliqasının tarixinə düşüb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkə çempionatında ardıcıl 15 ev matçında qalib gələn ilk türkiyəli mütəxəssis olub. O.Burukun baş məşqçisi olduğu İstanbul təmsilçisi son olaraq 23-cü turda doğma meydanda "Qaziantep"ə 2:1 hesabı ilə qalib gəlib.

"Cim-Bom" Superliqada 60 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Fənərbaxça"nın da eyni xalı var.

Qeyd edək ki, O.Buruk 2022-ci ilin iyunundan "Qalatasaray"ı çalışdırır.


Etiketlər:  Qalatasarayın baş məşqçisi rekorda imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ