Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda neçə yaşlı uşaqlar cinayət törədəndə həbs olunurlar? - AÇIQLAMA

Azərbaycanda neçə yaşlı uşaqlar cinayət törədəndə həbs olunurlar? - AÇIQLAMA

Tarix: 30 Yanvar 2024 15:52

Son vaxtlar cəmiyyətdə azyaşlıların qanundan kənar əməlləri uşaqların həbsini gündəmə gətirir.

Azərbaycandanda neçə yaşlı uşaqlar cinayət məsuliyyətinə cəlb oluna bilir?

Vəkil Emil Aslanov BiG.AZ-a bildirib ki, Cinayət Məcəlləsinin 20-ci maddəsinə əsasən 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Ancaq 14 yaşı tamam olmuş şəxslərin də bəzi kriteriyalı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub:

"Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi Cinayət Məcəlləsinin 20-ci maddəsində qeyd edilir. Həmin məcəllədə nəzərdə tutulub ki,16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Lakin həmin məcəllənin 20.2-ci maddəsində 14 yaşı tamam olmuş şəxslərin də bəzi kriteriyalı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub. Qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, adam oğurlama, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, talama məqsədi olmadan qanunsuz avtomobil və ya nəqliyyat vasitəsini ələ keçirmək, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğuları talamağa, hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələr və psixotrop maddələr talamağa və hədə-qorxu ilə tələb etməyə,nəqliyyat vasitələri və yolları yararsız vəziyyətə salmağa görə 14 yaşı tamam olmuş şəxslər də cinayət məsuliyyətinə cəlb edilə bilər".


Etiketlər:  Azərbaycanda neçə yaşlı uşaqlar cinayət törədəndə həbs olunurlar AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ