Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2024 19:25
Əməkdar artist Hüsniyyə Mürvətova üzündə estetik dəyişiklik edən xanımlara "ilişib".
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, aktrisa bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, üzünə botoks vurduran qadınları arı sancmış sifətlə müqayisə edib:
"Xanımların əksəriyyəti necə arı sancır kimi görünür. Hanı bizim o özgüvənimiz, o nurani yaşlanan xanımlarımız? Xanım baxımlı olmalıdır, özünə baxmalıdır, o ayrı məsələ. Amma əndazədən çıxmayaq. Nə etsək də təbiət öz işini görməkdədir".