Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanda Rusiya bayrağı tapdalandı, Zatulin “görmədi”

İrəvanda Rusiya bayrağı tapdalandı, Zatulin “görmədi”

Tarix: 31 Yanvar 2024 13:50

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı baş verən hadisəni "mübahisələndirməyə" cəhd edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında deyib.

Rusiyalı deputat sosial şəbəkələrdə videosu yayılan və Rusiya XİN-in belə rəsmi etiraz etdiyi, hətta cinayət işi açılan hadisə haqda "əgər baş veribsə" ifadəsindən istifadə edib:

"Abidə həqiqətən təhqir edilibsə və bu hadisə baş veribsə, deməli, o şəxs ya dəli olub, ya da onu necə xarakterizə edəcəyimi bilmirəm. Hər halda abidənin təhqir olunması ilə bağlı hər şey yolverilməzdir".

Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb.


Etiketlər:  İrəvanda Rusiya bayrağı tapdalandı Zatulin görmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ