Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 21:24
Diametri təxminən 500 metr olan böyük asteroidin fevralın ikisi Yerin yanından keçəcəyi ehtimal olunur.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Astronomiya Muzeyinin mətbuat xidməti məlumat yayıb.
2008 OS7 adlanan asteroid Bakı vaxtı ilə saat 18:40-da təxminən 2,85 milyon kilometr məsafədə Yer kürəsinin yanından keçəcək. Diametri 210 ilə 480 metr arasında olan kosmik cismin sürəti 18,2 kilometr/saat təşkil edir.
Qeyd olunub ki, astronomik obyekt Yerin atmosferindən kənar keçəcək və buna görə də bəşəriyyət üçün təhlükə üz verməyəcək.
Eyni zamanda, alimlər 2008 OS7-ni potensial təhlükəli asteroid kimi təsnif ediblər, onun uçuş yolu Yerin orbitinə 7,5 milyon kilometr məsafədə yaxınlaşıb.