Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 21:36
Rusiya Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya plenar iclasda tribunadan cins şalvarla çıxış etdiyi üçün "Yeni Xalq" partiyasından olan deputat Vladimir Plyakini danlayıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər İnformasiya Agentliyi məlumat yayıb.
"Hər kəsə dərin hörmətim var, ancaq kürsüyə cins şalvarda çıxan deputat... Bağışlayın, bu, ümumiyyətlə, parlament etikasında yeni bir şeydir", - Yarovaya bildirib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu fikri dəstəkləyərək əlavə edib ki, deputat iş yerində öz seçicilərini və ölkəni təmsil edir.