Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nüvə fəlakəti zamanı bəşəriyyəti belə xilas edəcəklər: Həll yolu TAPILDI - Bu bitki ilə...

Nüvə fəlakəti zamanı bəşəriyyəti belə xilas edəcəklər: Həll yolu TAPILDI -  Bu bitki ilə...

Tarix: 1 Fevral 2024 22:40

Alimlər dünyada nüvə müharibəsi baş verəcəyi təqdirdə bəşəriyyəti aclıqdan xilas edə biləcək yeni qida mənbəyi kəşf ediblər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, su səthində qurulacaq yosun təsərrüfatları ilə 1,2 milyard insanın həyatının xilas edilə ciləcəyi proqnozlaşdırılır.

Ətraf mühit üzrə alim Florian Ulrich Jeh deyir ki, yosun istehsalı üçün Kolumbiya ölçüsündə bir okean sahəsi lazımdır.

Proqnozlara görə, nüvə müharibəsi bütün dünyada məhsulu zəiflədə və qlobal ərzaq istehsalını 90 faiz azalda bilər. 

Nüvə mühitində qış şəraitində yetişdirilə bilən dəniz yosunu alternativ qida mənbəyinə çevrilə bilər. Alimlər iddia edirlər ki, asteroidin böyük zərbəsindən tutmuş vulkan püskürməsinə, regional məhsul çatışmazlığına və ya yerli quraqlığa qədər hər təbii fəlakətdə də dəniz yosunu əkinçilik proqramı ilə qida mənbəyi təmin edilə bilər. Lakin dəniz yosunlarının tərkibində olan yodun insanlar üçün də zəhərli ola biləcəyi də iddia edilir.

Milli.Az


Etiketlər:  Nüvə fəlakəti zamanı bəşəriyyəti belə xilas edəcəklər Həll yolu TAPILDI Bu bitki ilə


RƏYLƏR